Gəncədə saxta içki, kofe, xarici etiketli yuyucu tozun dövriyyəsində şübhəli bilinən şəxslər tutulub
Gəncədə istehlakçıları xeyli miqdarda aldatma faktına görə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs Arif Novruzovun tanışı Arzu Babayevlə birgə əldə etdiyi keyfiyyətli standartlarına uyğun olmayan alkoqollu içkilərin, kofe məhsulunun, habelə etiket məlumatlarını dəyişərək digər xarici ölkəyə məxsus istehsalçıya aid etiket məlumatlarını yapışdırdıqları kimyəvi yuyucu məhlulun qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə, bununla da istehlakçıları aldatmalarına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib













