Azərbaycanda sığortalılar elektron yolla müstəqil ekspert çağıra biləcəklər
Far.Az xəbər saytı

Azərbaycanda sığortalılar elektron yolla müstəqil ekspert çağıra biləcəklər


Azərbaycanda sığorta hadisəsi baş verən zaman müstəqil ekspertləri İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi üzərindən təyin etmək mümkün olacaq.

"Report" xəbər verir ki, bunu Büronun baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Yol-nəqliyyat hadisəsi baş verdikdə qiymətləndirmə aparılır və bu, 7 iş günündə həyata keçirilməlidir. Əgər zərərçəkmiş qiymətləndirmədən narazı qalarsa, müstəqil ekspert təyin edilir. Bu məsələni artıq İSB-nin informasiya sistemi üzərindən həll etmək mümkün olacaq. Bu da zərərçəkmişə bütün prosesi izləmək imkanı verəcək", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan sığortaçılar öz müştərilərinin tarixçələrini əldə edə biləcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər