Binə qəsəbə stadionunda dəyişikliklər həyata keçiriləcək
Far.Az xəbər saytı

Binə qəsəbə stadionunda dəyişikliklər həyata keçiriləcək


Binə qəsəbə stadionunda bir sıra dəyişikliklər həyata keçiriləcək.

Bu barədə “Far.Az”a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Stadionda ehtiyat oyunçular skamyası, paltardəyişmə otağının mebelləri yenilənəcək. Həmçinin xırda kosmetik dəyişikliklər də gözlənilir. Böyük təmir işləri isə nəzərdə tutulmayıb.

Stadionda artıq oyunların keçirildiyi nəzərə çatdırılıb. Bununla yanaşı müqaviləsi olan bəzi klubların hələ meydandan istifadə etmədiyi vurğulanıb.

Əvəzedicilərdən “Araz-Naxçıvan-2”, “Zirə-2”, “Qarabağ-2”nin, I Liqa təmsilçilərindən MOİK və “Baku Sportinq”in, II Liqadan “Dinamo”nun, həmçinin “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının müqaviləsi olsa da hələ ki, stadionda oyun keçirməyib.

Qeyd edək ki, bir müddət öncə AFFA tərəfindən yenilənən Binə stadionunun süni ot örtüyünün "FIFA Quality Pro" sertifikatına uyğunluğu təsdiqlənib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Binə qəsəbə stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər