"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu final mərhələsinə yüksəlib
Far.Az xəbər saytı

"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu final mərhələsinə yüksəlib


Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu final mərhələsinə yüksəlib.

"Report" xəbər verir ki, 73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə üz-üzə gələcək.

Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Qeyd esək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər