Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb
Far.Az xəbər saytı

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb


Türkiyənin Manisa şəhərinin Qırxağac rayonunda minik avtomobili və yanacaqdaşıyanın iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

“Qəza səhər saat 09:00 (Bakı vaxtı ilə 10:00 – red.) radələrində Kırkağaç rayonunda İzmir – İstanbul avtomobil yolunda baş verib. Sürücüsü müəyyən edilməyən <...> avtomobil Qırxağac [ödənişli yol] guşəsi yaxınlığında təhlükəsizlik zolağında park edilmiş <…> yanacaqdaşıyan maşına çırpılıb”, – agentliyin məlumatında qeyd olunub.

Məlumat əsasında hadisə yerinə təcili tibbi yardım, jandarma və yanğınsöndürən briqadaları göndərilib. Gələn tibbi heyətin yoxlaması zamanı avtomobil sürücüsü və yanındakı qadın sərnişininin keçindiyi müəyyən edilib.

Yanacaqdaşıyan maşının sürücüsü saxlanılıb və hadisə ilə bağlı araşdırma başladılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər