Lerikdə avtomobil dağ yolunda qəza törədib, üç nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Bu gün saat 14:40 radələrində Lerik rayonu Qışlaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (kişi cinsli) şəxs döş qəfəsinin küt travması, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin əzilmiş didilmiş yarası, sağ baldır sümüyünün 1/3-nin xətli sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasından Far.Az-nın cənub bürosuna bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin travma şöbəsinə, digərləri Təcili yardım şöbəsinə yerləşdirilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***
16.08
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib.
Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov UAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəqliyyat vasitəsi yol kənarında maneəyə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan daha iki nəfər - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Onlar Lənkəran Mərkəzi Rzyon Xəstəxanasına çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.
Qeyd edək ki, hər üç şəxs qəbir daşları düzəldən ustadır, onlar rəhmətə gedən şəxs üçün baş daşı düzəltməyə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Sumqayıt Tibb Mərkəzi yol qəzasında dünyasını dəyişən şəxslə bağlı məlumat yayıb - YENİLƏNİB
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
FT: Starmerin istefası üçün edilən cəhdlər Britaniyada dövlət aparatını iflic edə bilər













