Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Far.Az xəbər saytı

Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub


Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edib.

"Far.Az" Serbiya mətbuatına istinadən xəbər verir ki, nazir Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

Mükafatlandırma mərasimində C.Bayramov vurğulayıb ki, Azərbaycanla Serbiya strateji tərəfdaş və əsl dostdurlar.

O, həmçinin bildirib ki, bu mükafat Serbiya rəhbərliyinin Azərbaycana nə qədər önəm verdiyinin bariz nümunəsidir.

Qeyd edək ki, C.Bayramov Serbiyada səfərdədir. Səfər çərçivəsində nazirin Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər