Lavrov: ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Ər-Riyada gedəcəyəm
Far.Az xəbər saytı

Lavrov: ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Ər-Riyada gedəcəyəm


Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Ər-Riyada gedəcəyini təsdiqləyib.

Bu barədə “Far.Az” "İnterfaks"a istinadən xəbər verir.

"Bu, doğrudur", - S.Lavrov Serbiyanın xarici işlər naziri Marko Curiç ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Qarşıdakı danışıqlarla bağlı suala cavab olaraq Lavrov qeyd edib: "Biz tərəfdaşlarımızın təklifi ilə danışıqlara gedəndə, ilk növbədə onları dinləmək istəyirik".

Nazir xatırladıb ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin minimuma endirildiyi çətin dövrü geridə qoymağın vacibliyini razılaşdırıblar: "Prezidentlər Rusiya və ABŞ-nin iştirakı ilə həll edilə biləcək bütün məsələlər üzrə dialoqun bərpası barədə razılığa gəliblər. Ukrayna nizamlanması, Yaxın Şərqdəki vəziyyət və hazırda çox da sakit vəziyyətdə olmayan bir sıra digər dünya regionları da qeyd edilib", - Rusiya XİN rəhbəri bildirib.

"Buna görə də biz amerikalı həmsöhbətlərimizi dinləyəcəyik. Əlbəttə ki, reaksiya verməyə hazır olacağıq. Sonra rəhbərlərimizə məruzə edəcəyik, onlar növbəti addımlar barədə qərar verəcəklər", - S.Lavrov bəyan edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər