Azərbaycanın gimnastika hakimi III kateqoriyaya yüksəlməsinə münasibət bildirib
Azərbaycanın gimnastika hakimi İradə Qurbanova Gürcüstanda keçirilən kurslarda üçüncü kateqoriyaya yüksəlməsinə münasibətini bildirib.
O, “Report”a açıqlamasında kurslarda böyük çətinlik yaşamadığını bildirib.
Mütəxəssis bəzi hakimlərin daha yüksək kateqoriya əldə etməsinə görə şad olduğunu deyib:
“Çox şadıq ki, hakimlərimiz öz kateqoriyalarını təsdiqləyiblər. Bəziləri isə üçüncü kateqoriyaya yüksəliblər. Kurslarda çətinlik olmadı. Müəyyən dil problemləri var idi. İngilis dilində başa düşürük. Sadəcə, oxumaq və fikrimizi çatdırmaqda bir qədər çətinlik yaşayırıq. Ona görə də kurslara diqqətlə qulaq asmağa çalışırdıq. İstənilən halda ilk kateqoriyamız deyil. Mən 8 il II kateqoriyada qalmışam. Çünki bu müddətdə hakimlik etməmişdim. Yalnız məşqçi kimi yarışlara getmişdim. Bu səbəbdən III kateqoriyaya yüksəlməkdə çətinlik yaranmışdı”.
İ.Qurbanova planlardan danışıb:
“Qarşıdan Avropa çempionatı gəlir. Bu yarışda Azərbaycanı hakim kimi Leyla Əliyeva və Dürdanə Əhmədova təmsil edəcək. Gənclər arasında Avropa çempionatına isə Lalə Abdullayevanı göndərəcəyik. Qaydaları bildikdən sonra yarışa daha yaxşı hazırlaşacağıq. 4 ildən bir qaydalar dəyişir. Biz də buna uyğun işləməyə başlamışıq. Sadəcə, vaxt lazımdır. Ümid edirəm ki, nəticələrimiz yaxşı olacaq”.
Qeyd edək ki, Azərbaycanın gimnastika hakimləri Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan “2025-2028 beynəlxalq hakimlik kursları”ında iştirak ediblər. Kurslarda akrobatika gimnastikası üzrə İradə Qurbanova, Abdulla Əl-Məşayxi, Leyla Əliyeva III, Lalə Abdullayeva və Aynur Yusifova isə IV kateqoriyaya yiyələniblər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













