"Atletiko"nun kapitanı sıradan çıxıb
Far.Az xəbər saytı

"Atletiko"nun kapitanı sıradan çıxıb


İspaniyanın "Atletiko" klubunun kapitanı Koke sıradan çıxıb.

"Far.Az" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi sağ ayağının əzələsindən zədə alıb. Onun bərpa müddəti dəqiq açıqlanmayıb. İspaniya mətbuatında yazılanlara görə, kapitan martın sonuna qədər meydana çıxmayacaq.

Qeyd edək ki, İspaniya La Liqasının cari mövsümündə 23 oyun keçirən 33 yaşlı yarımmüdafiəçi bir qola və məhsuldar ötürməyə imza atıb, dörd sarı vərəqə alıb. "Atletiko" hazırda 50 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İspaniya La Liqası: “Real” və “Atletiko Madrid” heç-heçə edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
La Liqa: “Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər