Mərakeş, İspaniya və Portuqaliya DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradacaq
Far.Az xəbər saytı

Mərakeş, İspaniya və Portuqaliya DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradacaq


Mərakeş, İspaniya və Portuqaliya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün üç ölkənin səylərini birləşdirəcək birgə komissiyalar yaradacaq.

"Far.Az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Mərakeş Krallığının Futbol Federasiyasının bəyanatında deyilir.

Komissiyaların yaradılması ilə bağlı razılıq Saledə (Rabatətrafı) Mərakeş Krallığının Futbol Federasiyasının prezidenti Fauzi Lekjaa ilə İspaniya Kral Futbol Federasiyasının rəhbəri Rafael Luzan arasında keçirilən görüşdə əldə olunub.

Söhbət zamanı Lekjaa Mərakeş və İspaniyanı birləşdirən tarixi və mədəni əlaqələri qeyd edərək, 2030-cu il dünya çempionatının uğurlu təşkilini təmin etmək üçün üç ölkə tərəfindən birgə komissiyaların yaradılmasının sürətləndirilməsinin zəruriliyinə işarə edib.

Luzan öz növbəsində, Mərakeşin bütün səviyyələrdə, xüsusən də infrastruktur sahəsində futbolun inkişafında əldə etdiyi irəliləyişdən danışıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamədə dəyişiklik edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər