Zaqatalada ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb, vəzifəli şəxs işdən azad edilib
Far.Az xəbər saytı

Zaqatalada ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb, vəzifəli şəxs işdən azad edilib


Zaqatala rayonunda avtomobil yolunun kənarında çoxillik ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb.

“Far.Az” "Baku TV"yə istinadən xəbər verir ki, rayonun Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində ağacların kəsilməsi və qanunsuz budanması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3-cü (Qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Məsələ Zaqatala Rayon İcra Hakimiyyətində də müzakirə olunub. Belə ki, ərazisində ekoloji nəzarətin təşkilində yol verdiyi səhlənkarlığa görə Maqov ərazi dairəsi üzrə nümayəndə Ramazan Davudov tutduğu vəzifədən azad edilib.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər