TƏBİB Ağdaşda əməliyyatdan sonra vəfat edən qadının ölüm faktı ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
Far.Az xəbər saytı

TƏBİB Ağdaşda əməliyyatdan sonra vəfat edən qadının ölüm faktı ilə bağlı açıqlama yayıb - YENİLƏNİB


Ağdaşda əməliyyatdan iki gün sonra vəfat edən qadının ölüm səbəbi açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, fevralın 17-də 1982-ci il təvəllüdlü qadın Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Ona öd daşı xəstəliyi diaqnozu təyin edilib və xolesistektomiya əməliyyatı icra edilib.

Keçirilən əməliyyatdan sonra pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib.

Fevralın 19-da isə pasiyentin vəziyyəti anidən pisləşdiyi üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq, həmin gün saat 09:45-də şəxsin ölüm faktı qeydə alınıb.

09:34

Ağdaş rayonunda qadın əməliyyatdan iki gün sonra ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş rayonu Şəmsabad kənd sakini, 1982-ci il təvəllüdlü Bilalova Şəlalə fevralın 17-də öd daşı xəstəliyindən rayon xəstəxanasında əməliyyat olunub.

Halı pisləşən qadın dünən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər