Şiş ucbatından həkimə gedən qadının gözündən qurd çıxdı
Far.Az xəbər saytı

Şiş ucbatından həkimə gedən qadının gözündən qurd çıxdı


Rusiyalı oftalmoloqlar Ufa sakininin gözündən uzun qurd çıxarıblar.

Far.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının Səhiyyə Nazirliyi "VKontakte" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, 40 yaşlı Ufa sakini parazitar infeksiyaya görə gözündən əməliyyat olunmalı olub.

Qadın sol gözünün aşağı göz qapağında yaranan şiş ucbatından həkimlərə şikayət edib və bildirib ki, orada hansısa hərəkətlilik var. 

Parazitar infeksiya təsdiq edildikdə, oftalmoloqlar dərhal cərrahiyyə əməliyyatı apardılar. Xəstənin gözündən helmint çıxarılıb və göz qapağının bütövlüyü bərpa olunub.

Qeyd olunub ki, hazırda qadın parazitin növünü müəyyən etmək üçün yoluxucu xəstəliklər xəstəxanasında əlavə müayinədən keçməlidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Honkonqun yüzə yaxın sakini təhlükəli infeksiyaya yoluxub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər