Dövlət Komitəsi ilin ən yaxşı memarlarını "Təməl" mükafatı ilə təltif edib
Bu gün 19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsis edilən ötən ilin ən uğurlu memarlıq layihələrinin mükafatlandırılması mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilərək Komitə tərəfindən ilk dəfə təşkil edilmiş ən yaxşı memarların mükafatlandırılması mərasimi bundan sonra hər il "Təməl" Mükafatı adı altında təşkil ediləcək.
Təşəbbüsün məqsədi il ərzində seçilmiş müəlliflərin (memarların) yaradıcı layihələrinin müvafiq peşəkarlıq meyarlarına əsasən qiymətləndirilməsi, memarlıq sənətinin inkişaf etdirilməsi və bununla da yaşayış məntəqələrində şəhərsalma mühitinin və həyat keyfiyyətinin daha da yaxşılaşdırılmasına təkan verməkdir.
Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir şəhərsalma və memarlıq siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi xüsusi diqqəti və qayğısı sayəsində uğurla davam etdirildiyini vurğulayıb.
O, son illər ərzində bu sahədə mühüm struktur və qanunvericilik islahatlarının həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. Komitə sədri "Təməl" mükafatının Azərbaycanda memarlığın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu və məhz bu səbəbdən mükafatın rəmzi adının seçildiyini qeyd edib.
"Memarlıq yalnız estetik gözəllikdən ibarət deyil, həm də mədəni irsimizin və gələcək nəsillərin yaşam mühitinin formalaşmasında əvəzsiz rol oynayır. Həmçinin, memarlıq vasitəsilə şəhərlərin ruhu, tarixi dəyərlər və innovativ yanaşmalar birləşərək, unikal urbanistik məkanların yaranmasına şərait yaradılır. Hər il təşkil olunacaq bu mərasim, memarlıq dünyasında yeni fikirlərin, qabaqcıl layihələrin və texnoloji yeniliklərin dəstəklənməsində mühüm vasitəyə çevriləcək, dövlət siyasətinə uyğun olaraq memarlığın və şəhərsalmanın təməl prinsiplərinin qorunmasına töhfə verəcək",- A. Quliyev deyib.
Tədbirdə həmçinin Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, münsiflər heyətinin sədri, əməkdar memar İlqar İsbatov, həmçinin münsiflər heyətinin üzvü, əməkdar memar Nəriman İmaməliyev çıxış edərək bu təşəbbüsün müasir şəhər mühitinin yaradılması, memarlıq ənənələrinin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.
Daha sonra qaliblərə "Təməl" mükafatı, habelə bir sıra digər seçilmiş layihə müəlliflərinə müvafiq diplomlar təqdim edilib.
Eyni zamanda, Memarlar İttifaqının təşəbbüsü ilə ötən ilin ən gənc memarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Dövlət Layihə İnstitutunun əməkdaşı 23 yaşlı Jalə Hüseynovanın fəaliyyəti xüsusi qeyd edilərək Elbay Qasımzadə tərəfindən müvafiq qaydada təltif edilib.
Qeyd edək ki, 6 nominasiya üzrə ötən il ərsəyə gəlmiş ümumilikdə 93 layihədən 13 ən uğurlu layihə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
Mehriban Əliyevanın doğum günüdür
Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













