Ağdamın repressiyaya məruz qalmış sakinləri barədə kitab təqdim edilib
Far.Az xəbər saytı

Ağdamın repressiyaya məruz qalmış sakinləri barədə kitab təqdim edilib


Ağdam rayonunun müxtəlif tarixi dövrlərdə repressiyaya məruz qalmış sakinlərindən bəhs edən kitab işıq üzü görüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, tarixçi alim Boran Əzizin müəllifi olduğu "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər" kitabının təqdimat mərasimi Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilib.

Tədbirdə çıxış edənlər B.Əzizi Azərbaycanın müasir tarixşünaslığında repressiya dövrünü ardıcıllıqla araşdıran tədqiqatçı kimi dəyərləndirərək belə bir kitabın nəşr olunmasının əhəmiyyətini önə çəkiblər.

Müəllif kitabda tarixi faktların yer aldığını bildirərək Azərbaycanda yalnız ziyalıların deyil, ictimai-siyasi fəaliyyəti olmayan ailələrin də repressiyaya məruz qalması barədə tarixi sənədlərin olduğunu bildirib:

"Bunun təsdiqi kimi Ağdamın Mərzili kəndində repressiyaya məruz qalan ailələri nümunə göstərmək olar. Eyni zamanda, ətraf rayonlarda və kəndlərdə də analoji faktlar kifayət qədərdir. Həmin faktların geniş ictimaiyyətə çatdırılması üçün bu sahədə araşdırmalarımız davam etdiriləcək".

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər