Azərbaycanda tələbələr üçün ŞAD XƏBƏR
"Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixində imzaladığı sərəncama əsasən, sosial müavinətlər, eləcədə təqaüdlərin artırılması nəzərdə tutulur. Sosial paket yalnız pensiya və maaşlarda artımları özündə ehtiva etmir. Eyni zamanda müavinət və təqaüdlərdə artımlar nəzərdə tutulub və həmin sənədə əsasən Nazirlər Kabinetinə sənəd imzalandıqdan üç ay müddətində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması və təqdim olunması tapşırılıb".
BAKU.WS-in məlumatına görə, bu sözləri Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, artıq Nazirlər Kabineti tərəfindən təqaüdlərin, eləcə də sosial müavinətlərin artırılması ilə bağlı təkliflər hazırlanır: "Gözlənilir ki, mart ayının ikinci yarısında həmin təkliflər dövlət başçısına təqdim olunacaq. Çünki mart ayının ikinci yarısı artıq verilən müddət başa çatır.
Qeyd etdiyimiz kimi, artıq mart ayının ikinci yarısında Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunacaq. Daha sonra təbii ki, cənab Prezident tərəfindən sənədin imzalanması və həm təqaüdlərdə, həm də sosial müavinətlərdə artımların reallaşacağı mümkün olacaq.
Bildiyiniz kimi sosial paket mərhələli şəkildə reallaşır. Biz sosial paketin növbəti mərhələsində qeyd olunduğu kimi, təqaüd və sosial müavinətlərdə artımları müşahidə edəcəyik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













