Sabah Bakının bu rayonlarında qaz olmayacaq
Far.Az xəbər saytı

Sabah Bakının bu rayonlarında qaz olmayacaq


Sabah Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Far.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sabunçu rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin "Sabunçu-əhali" orta təzyiqli qaz kəmərinə qoşulması, Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 4-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə 2-ci Mədən, E.Mehdiyev, İ.Aslanov, N.Baybakov, Şəhər şosesi, Y.Saratov, Y.Əliyev, Q.Musabəyov, M. Aydınbəyov, T.Bümyadov, M.İbrahimov, D.Bedniy, S.Dadaşov, Ş.İ.Xətai, M.Ə.Rəsulzadə, H.Zərdabi və Zevin küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq 
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər