Depozit faizləri kəskin artıb, qorunan faizlər dəyişəcəkmi?
"Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. Sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib. Nəinki illik depozit faizləri, hətta üçaylıq faizlər belə 3 faizədək artıb".
BAKU.WS xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb:
"Burada diqqəti çəkən əsas məqamlardan biri odur ki, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif edirlər. Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olacaq. Qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçı bankda 100 min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0, xarici valyutada isə 2.5 faizdir. Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa da belə hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5.0 faizə çatmaqdadır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait məbləğindən asılı olmayaraq sığortalanmır. Yəni, bank müflis olarsa o əmanətlər geri qaytarılmır. Bu arada, cəmi depoztilərin həcmi 2025-ci ilin yanvar ayının sonuna əvvəlki ay ilə müqayisədə 40 milyard 270 milyon manatdan 40 milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22 milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır. Maraqlıdır ki, əgər banklarda izafi vəsaitlər, yəni resurs artıqlığı varsa o zaman niyə bahalı depozit siyasəti həyata keçirilir? Əslində depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil."
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib













