Astarada dənizdə batan 29 yaşlı gəncin axtarışları davam etdirilir - FOTO - VİDEO - YENİLƏNİB-2
Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Əmisi İdrak Həsənovun Far.Az-nın cənub bürosuna verdiyi məlumata görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı. "O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər".
Qeyd edək ki, axtarışlar davam edir. Əraziyə FHN-nin iki qrupu 18 nəfər canlı qüvvə və iki qayıq cəlb olunub.


***
11:03
Astara rayonunda nəzarətsiz ərazidə dənizdə batan 29 yaşlı gəncin axtarışları hələ də davam etdirilir.
Far.Az-nın yerli bürosu xəbər verir ki, əraziyə FHN-nin xeyli sayda canlı qüvvəsi cəlb olunub.
***
24 avqust
Saat - 18:20
Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Far.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan Astara rayonu Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edilib ki, bu gün Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırlatmış və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırmışdı.
Oxşar xəbərlər
Astarada dənizdə batan 29 yaşlı gəncin axtarışları davam etdirilir - FOTO - VİDEO - YENİLƏNİB
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
KİV: Volqoqradda koloniyanın 3 əməkdaşını qətlə yetirən terrorçular məhv edilib, girovlar azad olunub - YENİLƏNİB-3 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ
-
Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI
-
Les Echos: Paris və Afina Kiyevə "Mirage" qırıcılarının təhvili ilə bağlı danışıqlar aparırlar
-
Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub













