Ağadadaş Ağayevi döyən mühafizəçiyə HÖKM OXUNDU
Far.Az xəbər saytı

Ağadadaş Ağayevi döyən mühafizəçiyə HÖKM OXUNDU


Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən mühafizəçiyə hökm oxunub, ona iki il şərti cəza təyin edilib.

Xatırladaq ki, prokuror Nurəddin Cəlilova 2 il 6 ay şərti cəza verilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident 2024-cü ilin iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək, xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanılıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan N.Cəlilovun işi zərərçəkən Xalq artistinin iddiası əsasında ayrıca icraata verilib.

Onu da qeyd edək ki, məhkəmə istintaqı müddətində Ağadadaş Ağayev Nurəddin Cəlilovla razılıq əldə edərək barışıblar.

Oxşar xəbərlər

Ağadadaş Ağayevə hökm oxunub
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ağadadaş Ağayev məhkəmədə: Azərbaycanın Xalq artisti kimi bunu özümə yaraşdırmıram - YENİLƏNİB
Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən mühafizəçinin həbsi tələb olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər