Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb edildi
Far.Az xəbər saytı

Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb edildi


İctimai fəal Elgiz Qəhrəman "Məclis.info" işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.

BAKU.WS qafqazinfo-ya istindən xəbər verir ki, bu barədə o özü bildirib.

E.Qəhrəman Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin səkkiz - 192.2.2 (qanunsuz sahibkarlıq-küllü miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma-xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri  ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.

E.Qəhrəman həbs edilməyib, onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən ilin aprelində "Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər