Xurmada TƏHLÜKƏ: fikir vermədən iştahla yeyirik
Ramazan ayında süfrələrin əvəzolunmaz meyvəsi olan xurmaya tələbat artır. Lakin bəzi hallarda şəkər miqdarı aşağı olan xurmalar dadlandırmaq üçün glükoza şərbətinə batırılır ki, bu da sağlamlıq üçün təhlükə yarada bilər.
Diyetoloqlar glükoza şərbətinə batırılan xurmalarda parlaq görünüş və yapışqanlıq müşahidə olunduğunu bildirir.
Xurmanın mat rəngdə olması, yapışqan olmaması və parçalandıqda lif-lif ayrılmasının daha təhlükəsiz olduğunu qeyd edilir. Ekspertlər qablaşdırılmış xurmaların daha etibarlı olduğunu və açıqda satılan məhsulların etibarlı yerlərdən alınmasını tövsiyə edir.
Həkimlər isə glükoza şərbətinin yüksək kalori və karbohidrat tərkibinə malik olduğunu, bunun da ani insulin yüksəlişlərinə səbəb olduğunu vurğulayır.
Bu vəziyyət uzun müddətdə insulin müqavimətinə, piylənməyə və qaraciyər yağlanmasına yol aça bilər. Eyni zamanda, glükoza şərbətinin hipertoniya və ürək-damar xəstəliklərinə təkan və dolaylı olaraq kanserojenik təsir göstərə biləcəyini qeyd edilir.
Tövsiyələr:
Xurma seçimi: Mat rəngli, yapışqan olmayan və lif-lif ayrılan xurmaları seçin.
Qablaşdırma: Qablaşdırılmış məhsullara üstünlük verin və etibarlı yerlərdən alış-veriş edin.
Etiket oxuma: Məhsulun tərkibini diqqətlə oxuyun və glükoza şərbəti kimi əlavə maddələrdən qaçının. (Yenisabah.az)
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ramazan ənənələri keçmişdən bu günə - Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
Dodaq boyaları və konsiler — mükəmməl obrazlar yaratmaq üçün əsas vasitələr
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













