Həyatını dəyişdirən son uçuş: Hökumə hüquqşünas kimi işə başlayacaqdı
"Hökümə Əliyeva son uçuşunun olduğunu bilirdi. Yeni il bayramlarından dərhal sonra, 2 yanvarda, o, eyni aviakompaniyada, artıq hüquqşünas kimi işləməyə başlamalı idi".
Far.Az xəbər verir ki, bu sözləri Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev "Novaya qazeta"ya bildirib.
E. Əliyev qeyd edib ki, o, həmin səhər çox yaxşı ruh halında idi və sevinc saçırdı:
"Hər zaman onu işə aparır, sonra hava limanında qarşılayırdım. Özünün maşını yox idi, amma öyrənməyi düşünürdü. O gün onu saat 12-də qarşılayacaqdım, çiçəklər almışdım".
Milli Qəhrəmanın qardaşı Coşqun Nəsibli bacısınını təyyarədə olarkən insanların həyatını xilas etməsindən dnaışıb: "Hökümanı dəfn edəndə, Zülfüqar mənə dedi ki, o, onun əlindəki qanı görən sərnişinlərdən qorxmasınlar deyə onu təyyarənin arxasına göndərib.
Digər stüardessa, Aydan Rəhimli də Zülfüqarın əlinə sarğı bağlamaq üçün arxaya göndərilib. Beləliklə, bacım hər ikisinin həyatını xilas etdi. Təyyarə yerə düşərkən, ikisi də arxada idi, buna görə sağ qaldılar. Amma Hökümə sərnişinlərlə son anına qədər olub, onları sakitləşdirirdi. Son anadək ekipajın komandiri ilə əlaqə saxlayıb. Hökümə son dəqiqəyə qədər oturmadı və kəmərini bağlamadı. Onun əşyaları tapıldı, telefonu tapıldı, bizə söz verildi ki, bir müddət sonra onu bizə verəcəklər".
Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2 yaşında ikən, Kəlbəcər rayonu Ermənistanın işğalına məruz qalır və bir çox azərbaycanlılar öz evlərini tərk etmək məcburiyyətində qalırlar. Ailə Bərdən yaxınlığında qaçqın kimi yaşayıb və burada Coşqun dünyaya gəlib. 1996-cı ildə isə ailə Rusiyaya, Volqoqrada köçüb. Hökumə burada altı sinif bitirib, sonra isə ailəsi Azərbaycana qayıdıb. Valideynləri və qardaşı hələ də Gəncədə yaşayırlar.
"Bacım həmişə çox sakit idi. Mən iki yaş kiçiyəm. O, məktəbi bitirəndə mən onunla "Heç yerə qəbul olunmayacaqsan" deyə zarafat edirdim. O, sadəcə gülümsəyirdi və "Görərik" deyirdi. Birinci cəhddə hüquq fakültəsinə qəbul oldu, yüksək bal topladı. Mən universitetə qəbul olunmayanda, əvvəlcə heç nə demədi. Sonra bir müddət keçəndən sonra dedi: "Artıq ayıla bilərsənmi? Bu qədər balı yığa bilmirsən?" İki ay hazırlaşdım və qəbul oldum"-deyə Coşqun bacısı ilə bağlı xatirələrini bölüşüb.
Qeyd edək ki, 25 dekabrda baş verən bu qəza 62 sərnişindən 38-nin həyatına son qoydu, 29 nəfər isə sağ qaldı. Ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Nazpəri Dostəliyeva oğlunun ölümü barədə: "Ölüm ayağında mənə üç söz dedi"
Hökümə Əliyevanın qardaşı: Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













