Xəzərin Corat sahillərində qanunsuz balıq ovlayan şəxs ələ keçdi
Far.Az xəbər saytı

Xəzərin Corat sahillərində qanunsuz balıq ovlayan şəxs ələ keçdi


Xəzərin Corat sahillərində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı Xəzər dənizinin Corat qəsəbəsi ərazisinə düşən hissəsində balıqların qeyri-qanuni ovu ilə məşğul olan B.Əlibabayev saxlanılıb.

Həmin şəxsdən qadağan olunan ov alətləri, həmçinin qanunsuz ovladığı 92 ədəd balıq aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Qəmər Adaları vətəndaşı Azərbaycanda "Qırmızı” kitaba adı düşən çöl quşlarını qanunsuz ovlayıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər