UNESCO: Azərbaycan rəhbərliyinin mədəniyyət və iqlim dəyişikliyi təşəbbüsünü yüksək qiymətləndiririk
Bakıda keçirilən "Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxış edən UNESCO-nun mədəniyyət sektorunun mədəniyyət və fövqəladə hallar bölməsinin direktoru, 1954-cü il Konvensiyası və 1970-ci il Konvensiyasının katibi Kristi Pikkat Azərbaycanın COP29-a sədrliyi zamanı irəli sürdüyü "İqlim üçün mədəniyyət" (Culture for Climate – C4C) təşəbbüsünü yüksək qiymətləndirib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.
O qeyd edib ki, UNESCO ötən ilin noyabr ayında COP29 çərçivəsində keçirilmiş mədəniyyət nazirləri dialoqunda iştirak etməkdən qürur duymaqla yanaşı, ölkəmiz tərəfindən konfrans zamanı irəli sürülən "İqlim üçün mədəniyyət" təşəbbüsünün iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında mühüm addım hesab edir. İqlim fəaliyyətlərinə mədəniyyətin inteqrasiya edilməsi iqlim dəyişikliyinin fəsadlarının azaldılmasında ictimaiyyətin səfərbər olunmasına xidmət edəcək.
Bildirək ki, Azərbaycan tərəfindən COP29 çərçivəsində irəli sürülən "İqlim üçün mədəniyyət" təşəbbüsü iqlim dəyişikliyinə həssas davranış mədəniyyəti normalarının tətbiqi vasitəsilə bu sahədə müsbət gündəlik formalaşdırmaq məqsədi daşıyır. "C4C" ənənələrin, incəsənətin və irsin təbliği və təqdimatı yolu ilə mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməyi hədəfləyir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













