Əmisi oğlunu güllələyib bıçaqladı: Məhkəmədə insan olmadığını iddia etdi
Far.Az xəbər saytı

Əmisi oğlunu güllələyib bıçaqladı: Məhkəmədə insan olmadığını iddia etdi


Masallıda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məhkəmə qərarı elan olunub.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, hadisə 2024-cü il mayın 20-də Masallı rayonunun Qasımlı kəndində baş verib.

30 yaşlı Aslan (tam adı açıqlanmır) uzun illər Rusiyada yaşayan əmisi oğlu Semur Alışanovu xüsusi amansızlıqla öldürüb.

O, keçmiş həyat yoldaşı ilə Semurun münasibətdə olmasından şübhələnib. Həmin gün Aslan dostu Xanmuradın köməyi ilə qurbanını tələyə salıb. Xanmurad Semuru çay içmək adı ilə kafeyə aparıb və Aslana xəbər verib. Aslan axşam saatlarında ov tüfəngini götürüb oraya gəlib, içəri girib və heç bir söz demədən Semura atəş açıb. Güllə Semurun sinəsinə dəyib və o yıxılıb. Lakin Aslan bununla kifayətlənməyib - cibindən bıçağı çıxararaq yaralı vəziyyətdə olan Semura çoxsaylı zərbələr vurub.

O, cinayəti törətdikdən sonra maşına minərək hadisə yerindən uzaqlaşıb və birbaşa polisə gedərək təslim olub.

Aslan məhkəmədə bildirib ki, uzun müddət Semuru güdüb, onu öldürmək üçün plan qurub. Özünü peyğəmbər adlandıran Aslan 313 nəfərlə birlikdə Azərbaycana gələcəyini iddia edib, göylərdə yaşadığını və insan olmadığını deyib. O, nə baş verdiyini xatırlamadığını bildirib.

Şahid ifadələrinə görə, Aslan cinayəti tam ayıq vəziyyətdə törədib, hadisədən sonra isə normal şəkildə maşına minib gedib.

Ekspert rəyi Aslanın anlaqsız vəziyyətdə olduğunu təsdiqləyib. Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına qərar verib və Aslan Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Zərərçəkmişin ailəsi isə Aslanın psixi xəstə olması ilə bağlı ekspertiza rəyinin qəsdən saxtalaşdırıldığını iddia edib. Semurun ailəsi bu qərardan narazıdır və işin yenidən araşdırılmasını tələb edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər