Putin göstəriş verdi: PUA-lar yerə salındı
Far.Az xəbər saytı

Putin göstəriş verdi: PUA-lar yerə salındı


Rusiya prezidenti Vladimir Putinin Ukraynanın enerji obyektlərinə hücumların müvəqqəti dayandırılması barədə əmrinə əsasən, Ukraynaya doğru hərəkət edən yeddi pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Ukraynanın enerji infrastrukturu obyektlərinə zərbələrin müvəqqəti dayandırılması barədə əmr daxil olan anda havada Nikolaev vilayətindəki hərbi-sənaye kompleksi ilə bağlı enerji obyektlərinə yönəlmiş yeddi Rusiya zərbə PUA-sı olub.

Nəticədə, onlardan altısı "Pantsir" zenit-raket-artilleriya kompleksi, biri isə Rusiya Hərbi Kosmik Qüvvələrinin növbətçi qırıcısı tərəfindən vurulub.

18 martda Kreml saytında yayımlanan məlumata əsasən, Putin ABŞ prezidenti Donald Trampın Rusiya və Ukraynanın 30 gün müddətinə enerji infrastrukturuna hücumlardan qarşılıqlı imtina etməsi təklifini dəstəkləyib.

Qeyd edək ki, Rusiya ordusu 2022-ci ilin oktyabr ayından etibarən Ukraynanın infrastruktur obyektlərinə hücumlar həyata keçirməyə başlayıb. Bu, Krım körpüsündə baş verən partlayışdan sonra baş vermişdi. O vaxtdan bəri Ukraynanın müxtəlif bölgələrində, bəzən isə ölkənin bütün ərazisində hava hücumu təhlükəsi elan edilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər