Zülfüqari: Tehran BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb
Far.Az xəbər saytı

Zülfüqari: Tehran BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb


İran hərbçiləri BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb.

"Far.Az"un "Mehr"ə istinadən məlumatına görə, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının mərkəzi qərargahının nümayəndəsi Ebrahim Zülfüqari bildirib.

"İranın Silahlı Qüvvələri son günlər BƏƏ-yə qarşı heç bir raket və ya pilotsuz təyyarə əməliyyatı keçirməyib, əgər belə hərəkətlər baş versəydi, biz bunu qətiyyətlə və açıq şəkildə bildirərdik. Buna görə də BƏƏ Müdafiə Nazirliyinin hesabatı qəti şəkildə təkzib olunur və heç bir əsası yoxdur", - o deyib.

Zülfüqari əlavə edib ki, BƏƏ ərazisi İrana qarşı hücum üçün istifadə olunsa, Tehran sarsıdıcı cavab verəcək.

Qeyd edək ki, BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri iki gündür İrandan gələn hücumları dəf etdiyini bildirir. Zərbələr ABŞ və İran arasında müvəqqəti atəşkəs rejimi fonunda başlayıb.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.

ABŞ Tehrana təzyiq vasitəsi kimi İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər