WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası dövründə şəhərdaxili və hava limanı istiqamətində xüsusi nəqliyyat daşımaları təşkil ediləcək.
Far.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ictimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib ki, ümumilikdə 12 şəhərdaxili marşrut və 6 hava limanı xətti üzrə daşımalar həyata keçiriləcək.
Onun sözlərinə görə, sərnişinlərin daşınması hava limanından "hub" adlanan nəqliyyat mübadilə mərkəzlərinə, daha sonra isə tədbir məkanına yönləndiriləcək. Bu prosesdə ekoloji təmiz elektrik avtobuslarından istifadə olunacaq.
Eyni zamanda WUF13 üçün şəhərdə 4,5 kilometrlik xüsusi hərəkət zolaqları təşkil edilir. Qeyd olunub ki, həmin zolaqlar müvafiq yol nişanları quraşdırıldıqdan sonra tam qüvvəyə minəcək. Hazırda mövcud 110 kilometrdən artıq avtobus zolaqları şəbəkəsindən də istifadə planlaşdırılır.
Tədbir zamanı bəzi marşrutların hərəkət istiqamətində müvəqqəti dəyişikliklər edilə bilər. Bu, xüsusilə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin əməliyyatlarda əsas rol oynaması ilə bağlıdır.
Hava limanı istiqamətində daşımalar üçün qırmızı rəngli taksilərin cəlb olunması nəzərdə tutulur. Onların "Koroğlu" və Səttar Bəhlulzadə nəqliyyat zonalarına girişinə şərait yaradılacaq.
Qurum rəsmisi əlavə edib ki, həm avtobus, həm də taksi sürücüləri üçün hazırlıq və təlimlər artıq yekunlaşdırılıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
-
Qaraheybətdə təlim mərkəzində bədbəxt hadisə baş verib
-
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
-
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir
-
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılır













