Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər
Far.Az xəbər saytı

Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nəqliyyatın təşkili zamanı "yaşıl dəhliz" prinsipi tətbiq olunacaq, yolların tam bağlanması isə nəzərdə tutulmur.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, xüsusi ayrılmış marşrutlar üzrə fasiləsiz hərəkətin təmin edilməsi, zəruri hallarda isə yol kəsişmələrində prioritet keçidin verilməsi nəzərdə tutulur.

"Məqsəd iştirakçıların vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtələrinə çatdırılmasını təmin etməkdir. Bu məqsədlə müvafiq tədbirlər görüləcək, həm yol hərəkətinin təşkili, həm də təhlükəsizlik tədbirləri paralel şəkildə həyata keçiriləcək. Eyni zamanda qeyd etmək istəyirəm ki, tədbirin açılış günü – mayın 18-də hərəkətin intensivliyi nəzərə alınaraq bəzi istiqamətlərdə müvəqqəti dəyişikliklər tətbiq edilə bilər. Bu dəyişikliklər əsasən yüksəksəviyyəli qonaqların və rəsmi nümayəndə heyətlərinin hərəkətinin təmin olunmasına xidmət edəcək. Lakin ümumilikdə yolların tam bağlanması nəzərdə tutulmur, yalnız zəruri hallarda qismən istiqamət dəyişiklikləri tətbiq oluna bilər", - deyə o qeyd edib.

WUF13 zamanı yollarda postların qurulmasına gəlincə, NİİM rəisi bildirib ki, ümumilikdə rayonlardan və bölgələrdən paytaxta daxil olmaq istəyən sürücülərin hərəkətinə hər hansı məhdudiyyət tətbiq olunmayacaq, yollarda postların qurulması və nəqliyyat vasitələrinin buraxılmaması kimi hallar nəzərdə tutulmur: "Yalnız açılış günü (18 may) zərurət yarandığı halda paytaxtın cənub hissəsində, "Lökbatan dairəsi" kimi tanınan ərazidə nəqliyyat axınında müvəqqəti tənzimləmə tətbiq oluna bilər. Bu zaman paytaxta daxil olan nəqliyyat vasitələri kənar dairəvi yola yönləndirilə bilər. Lakin bu, məhdudiyyət və ya postların qurulması kimi qiymətləndirilməməlidir. Yalnız hərəkətin səmərəli təşkili məqsədilə istiqamət dəyişiklikləri nəzərdə tutulur və bu da müvəqqəti xarakter daşıyır".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər