ING: Azərbaycanda I rübdə orta illik inflyasiya 5,6 % təşkil edəcək
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiyanı 5,6 %, ikinci rübdə 6,1 %, üçüncü rübdə 4,6 %, dördüncü rübdə isə 4,7 % səviyyəsində proqnozlaşdırır.
"Report" ING-yə istinadən xəbər verir ki, əvvəlki proqnozla müqayisədə I rüb üzrə gözləntilər 0,1 faiz bəndi azalıb, II rüb üzrə dəyişməyib, III rüb üzrə 0,1 faiz bəndi, IV rüb üzrə isə 0,2 faiz bəndi artıb.
Ümumilikdə, ING Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 5,2 %, 2026-cı ildə isə 4,9 % səviyyəsində olacağını gözləyir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 %, 2026-cı ildə isə 4 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, gələn ildə isə 3,8 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, Azərbaycanda inflyasiya bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3 % təşkil edəcəyini gözləyir.
Beynəlxalq reytinq agentlikləri "S&P Global" və "Moody"s" Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində proqnozlaşdırır.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-fevral aylarında isə 5,4 % təşkil edib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
ING Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozunu açıqlayıb
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü













