Bakıda binada güclü yanğın olub, 12 nəfər təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 19 mərtəbəli yaşayış binasının 15 mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb. Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Xırdalanda yaşayış binasında baş vermiş yanğın söndürüldü
Pirallahıda yaşayış binasında güclü yanğın olub
Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
Azərbaycanda DƏHŞƏT - Bir-birinə bitişik 4 ev yandı
Yasamalda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













