SOCAR Türkiyədə SAF yanacağı istehsalı və investisiya imkanlarını müzakirə edib
"SOCAR Türkiye" şirkəti İstanbul Ticarət Palatası və Türk Hava Yolları (THY) ilə SAF (dayanıqlı aviasiya yanacağı) texnologiyası və istehsalı, eləcə də yeni investisiya imkanlarını müzakirə edib.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə "SOCAR Türkiye" məlumat yayıb.
Məlumata görə, "SOCAR Türkiye" şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbul Ticarət Palatasının prezidenti Şekib Avdagiç ilə görüşüb. Görüşdə THY-nin baş direktor müavini Levent Konukçu da iştirak edib.
Hazırda "SOCAR Türkiye Enerji" STAR neft emalı zavodunda SAF yanacağının istehsalı imkanlarını araşdırır. Layihə texniki qiymətləndirmə mərhələsindədir.
SAF (Sustainable Aviation Fuel) Jet-A1 aviasiya yanacağının ekoloji təmiz versiyasıdır. Adi aviasiya yanacağından fərqli olaraq, SAF karbon emissiyalarını 80 % azaldır. ABŞ 2050-ci ilə qədər aviasiyada SAF-dan 50 % istifadəyə keçməyi planlaşdırır. Avropa İttifaqı 2025-ci ildən SAF-dan 2 % istifadəni məcburi edəcək və bu göstəricini 2030-cu ildə 5 %-ə, 2050-ci ilə qədər isə 63 %-ə çatdırmağı hədəfləyir.
Xatırladaq ki, 2006-cı ilin sonlarında təsis edilən "SOCAR Türkiye", Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahələrində fəaliyyət göstərir. Şirkət "Petkim Petrokimya Holding"in 51 %-lik səhmlərinə nəzarət edir, STAR neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyası tikib, həmçinin daxili bazara qaz tədarükü və Türkiyənin bir sıra iri şəhərlərindəki hava limanlarında təyyarələrin yanacaqdoldurma məntəqələrinə yanacaq tədarükü ilə məşğuldur.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













