Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
Far.Az xəbər saytı

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR


"Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət bu gün başa çatır".

Far.Az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov yazıb.

O bildirib ki, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar:

"Digər tərəfdən, builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir. Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə isə bu müvafiq sənədin imzalanmasından sonra bəlli olacaq.

Dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə də artımlar olacaq. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflər bu həftə təqdim ediləcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər