Sabunçuda birgə əməliyyat nəticəsində yarımkilo heroin götürülüb
Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarımkilodan çox narkotik aşkarlanaraq müsadirə edilib.
Far.Az xəbər verir ki, bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.
"Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanda aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Qazaxıstan Prezidenti narkotik cinayətlərinə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanunu imzalayıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bu il 45 əcnəbi saxlanılıb, onlarda 110 kq-dan çox narkotik aşkar edilib
Bu ilin səkkiz ayı ərzində beş tondan çox narkotik dövriyyədən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













