İntihara cəhd edən şairin son durumu AÇIQLANDI
Far.Az xəbər saytı

İntihara cəhd edən şairin son durumu AÇIQLANDI


İntihara cəhd edən qazi-şair Həsən Kürün (Zeynallı) vəziyyətində irəliləyiş var.

Far.Az xəbər verir ki, bu barədə yazıçı Azad Qaradərəli məlumat yayıb. 

O qeyd edib ki, H.Kürün səhhətində xeyli irəliləyiş var:

"Bu gün qazi şair Həsən Kürü Sabunçu xəstəxanasında ziyarət etdim. Şükür! Amma hələ də ciddi müalicələr almalıdır. İnanıram ki, onu dövlət rəsmiləri yalqız qoymayacaqlar".

Xatırladaq ki, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib.

Belə ki, o, "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. Həmin gün 19:10-da müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Onun müalicəsi davam etdirilir.

Oxşar xəbərlər

İntihar edən gənc şair əməliyyat olunub
İntihar edən Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakı-Quba yolundakı ağır yol qəzasında xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər