17 nömrəli marşut avtobusunun hərəkət istiqamətindəki dəyişiklik narazılığa SƏBƏB OLDU
Far.Az xəbər saytı

17 nömrəli marşut avtobusunun hərəkət istiqamətindəki dəyişiklik narazılığa SƏBƏB OLDU


Bakı şəhəri, Faiq Yusibov küçəsi, Keşlə bazarına 17 nömrəli marşrut avtobusunun gəlməməsi sakinlərin narazılığına səbəb olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sakinlər avtobusa minmək üçün 20 dəqiqə piyada yol qət etməlidirlər.

Sakinlərin sözlərinə görə, sürücülər görülən işlər yekunlaşana qədər sözügedən əraziyə girməyəcəklər:

"Tikinti işi görülsə də, yol açıqdır, digər avtomobillər bu ərazidən keçir. Amma avtobus gəlmir. Tikintinin 2 il vaxt alacağı deyilir, biz indi bu iki ildə piyada hər gün 20 dəqiqə yol getməliyik ki, avtobusa minə bilək? Bu hal bizə çətinlik törədir".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə aparılan tikinti işi avtobusun hərəkətinə çətinlik yaradır:

"Sözügedən ərazidə tikinti işləri davam etdirilir. Avtobusların qabarit ölçüləri nəzərə alınmaqla hərəkət və manevr etməsində çətinlik yaranır. Eyni zamanda, yolun müəyyən hissələrində asfalt örtüyündə olan çökmələr avtobusların zədələnməsinə səbəb ola bilər. İctimai nəqliyyatın təhlükəsiz hərəkəti və sıxlıqda qalmaması üçün sözügedən ərazidən hərəkəti məqsədəuyğun deyil".

Oxşar xəbərlər

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər