Balakəndə qız köçəndə ata niyə evdən gedir?
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında avarların kompakt yaşadığı Balakən rayonunun Qabaqçöl qəsəbəsinə səyahət edilib. Rayonun 100 202 nəfərdən ibarət əhalisinin təxminən 25 faizini avarlar təşkil edir. Onların sıx yaşadığı Qabaqçöl qəsəbəsinə getmək üçün Balakənin mərkəzindən 12 kilometr məsafə qət etmək lazımdır.
Qabaqçölün Meşəşambul kəndinin ağsaqqalı Hacı Osmanov avar xalqının köhnə toy adətlərindən söz açıb:
"Keçmişdə toylarımız nağara-zurna ilə keçirilirdi. O dövrdə dəvətnamələr olmadığı üçün insanları toya çağırmaqdan ötrü onların evlərinə gedirdilər. Toylar səhər saat 10-da başlayır və axşama kimi davam edirdi. Qız gəlin köçəndə atası və qardaşları evdən gedirdilər. Bu adət abır, həyadan irəli gəlirdi".
Müasir toy adətlərindən danışan musiqiçi Bəxtiyar Kantayev avar toylarının çox sevilməsinin səbəblərini açıqlayıb.
"Toylarımız şən, ritmik olduğu üçün gələn qonaqların xoşuna gəlir. Ən məşhur rəqsimiz "Yerli hava"dır. Toy başlayan kimi böyüklər həmin rəqsi mütləq oynamalıdırlar. Oğlanlar ritmik rəqs edərkən qızlar daha zərif oynayırlar. Rəqs zamanı bəzən oğlan və qızın bir-birindən xoşu gəlir. Hətta elə olur ki, oğlan qızı toydan qaçırır", - deyə o əlavə edib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirildi
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













