Azərbaycanda sığorta şirkətləri hava şəraitindən zərər görənlərə 4 milyon manatdan çox ödəniş edib
Bu ilin fevral və mart aylarında Azərbaycanda sığorta şirkətləri əlverişsiz hava nəticəsində ziyan çəkənlərə 4 milyon manatdan çox sığorta ödənişi həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev "ASAN Radio"nun "Həyat Sığortası ilə rahatdır" verilişində məlumat verib.
"Təkcə bu ilin fevral və mart aylarında yağan güclü qar nəticəsində sığorta şirkətlərinə 5 mindən çox müraciət daxil olub. Bu müraciətlər üzrə ümumi sığorta ödənişlərinin məbləği 4 milyon manatı ötüb. Nəticədə minlərlə ailə ciddi maddi itkilərdən sığortanın hesabına qorunub", - deyə E. Mirsalayev bildirib.
O, həmçinin qeyd edib ki, sığortası olmayan şəxslər zərərləri öz hesablarına ödəmək məcburiyyətində qalıblar ki, bu da onların maliyyə vəziyyətinə ciddi təsir edib.
"Oxşar vəziyyət ötən ilin payızında da müşahidə olunub. Güclü yağışlar nəticəsində xeyli ziyan dəyib və yalnız sığortası olan vətəndaşlar kompensasiya alıblar. Bu, sığorta təminatının vacibliyini bir daha sübut edir", - deyə Assosiasiya rəhbəri vurğulayıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti 281,2 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur. Bu müddətdə sığorta ödənişləri isə 11,45 % artaraq 108,6 milyon manata çatıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













