SOCAR-ın yeni bölməsi qaz infrastrukturunun idarə edilməsini həyata keçirəcək
Far.Az xəbər saytı

SOCAR-ın yeni bölməsi qaz infrastrukturunun idarə edilməsini həyata keçirəcək


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni bölməsi olan "SOCAR Midstream Gas Operations LLC" (SMGO) SOCAR-ın Azərbaycandakı və xaricdəki qaz anbarları və qaz kəmərləri də daxil olmaqla bütün qaz nəqli infrastrukturunun idarə edilməsi, nəzarəti və istismarına cavabdeh olacaq.

Bu barədə "Report" SMGO-nun məlumatına istinadən xəbər verir.

"SMGO SOCAR-ın yeni yaradılmış və qaz nəqli ilə bağlı bütün əməliyyatların idarə edilməsinə görə məsul olan bölməsidir. Şirkət Azərbaycan və Gürcüstan ərazisində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki və kommersiya operatorudur, həmçinin SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və SCP layihələrində maraqlarını təmsil edir", - məlumatda bildirilib.

Şirkətin məlumatına görə, SMGO-nun "SOCAR Midstream Operations" (SMO) şirkətindən ayrılması hər iki təşkilatın müstəqil fəaliyyət göstərməsinə və diqqəti öz strateji hədəflərinə cəmləşdirməsinə imkan yaradıb.

"Bu, hər iki şirkətin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Eyni zamanda, SOCAR-ın əməliyyat modelinə uyğun olaraq, SMGO-nun səlahiyyətləri genişləndirilərək Azərbaycanda və xaricdə SOCAR-ın qaz kəmərləri və qaz anbarları da daxil olmaqla bütün qaz nəqli infrastrukturunun idarə edilməsi, nəzarəti və istismarını əhatə edəcək", - məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirmişdi ki, SMGO-nun SMO-dan ayrılması nəticəsində "SOCAR Midstream Operations" şirkətinin nizamnamə kapitalı 59,5 milyon manatdan 1000 manata qədər azaldılıb, onun hüquq və öhdəlikləri isə bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülüb.

"SOCAR Midstream Operations" 2015-ci ilin əvvəlində yaradılıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər