Azərbaycan Dünya Bankı ilə birlikdə yeni layihələr həyata keçirmək istəyir
Azərbaycan Dünya Bankı ilə yeni layihələrin, xüsusilə də nəqliyyat, enerji, su-kanalizasiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlıdır.
BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayev Bankın Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz regionu üzrə rəhbəri xanım İvana Duarteni qəbul edərkən deyib.
Görüşdə Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin hazırkı icra vəziyyəti, həmçinin IFC ilə əməkdaşlıq və ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.
R. Prays Dünya Bankının Azərbaycan üzrə növbəti 5 il üçün Ölkə Tərəfdaşlıq Strategiyasının təsdiq edildiyini diqqətə çatdırıb, Strategiyaya uyğun olaraq Azərbaycanda bır sıra sahələri əhatə edəcək layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı o, fiskal qaydaların, büdcə qanunvericiliyinin və büdcə təsnifatının təkmilləşdirilməsində, həmçinin mühasibat haqqında yeni qanun layihəsinin hazırlanmasında Bankın dəstək göstərə biləcəyini diqqətə çatdırıb.
S.Babayev isə Azərbaycanın Dünya Bankı Qrupu ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb, ölkəmizin bu maliyyə institutu ilə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.
Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Sudanda PUA zərbəsi nəticəsində 15 nəfər ölüb













