Arda Güləri transfer etmək istəyən 9 klub
Mövsüm sonu üçün çoxsaylı transfer təklifi alan Arda Gülerin gələcəyi ilə bağlı "Real" Madrid rəhbərliyinin qərar verməsi gözlənilir.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun bu mövsüm istədiyi qədər forma şansı qazana bilməməsi onun gələcək planlarını qeyri-müəyyən hala gətirib. Karlo Ançelotti Ardaya əsas heyətdə nadir hallarda şans verib. Güler bu günə qədər La Liqa, Çempionlar Liqası və Kral Kuboku daxil olmaqla cəmi 1165 dəqiqə oynaya bilib.
Arda "Real" Madrid kimi bir klubda yer almağın çətin olduğunu başa düşsə də, ardıcıl 5 matçda meydana çıxmayıb və oynadığı vaxtlar da əsasən oyunun son dəqiqələri olub. Bu vəziyyət gənc futbolçunun başqa kluba keçməsi ehtimalını gündəmə gətirib.
Bəzi məlumatlara görə, Arda gələcək mövsümdə "Real"da qalmaq istəmir. O, itirdiyi vaxtı kompensasiya etmək üçün klubdan ayrılmağa müsbət yanaşır. Amma o, açıqlamalarında hələ də "Real Madrid"də qalmaq istədiyini deyir. Son qərarı isə klub verəcək.
"Real" Madrid rəhbərliyi, Ardanın icarəyə göndərilməsinə qarşı çıxmır. Mövsüm bitdikdən sonra baş məşqçi dəyişərsə, məsələyə yenidən baxıla bilər. Məsələn, Xabi Alonsonun "Real"a baş məşqçi təyin olunması halında Gülerin durumu dəyişə bilər.
Bundan əlavə, Arda Güleri bir neçə klub öz komandalarında görmək istəyir.
Arda Güleri istəyən 9 klub:
-Liverpool
-Aston Villa
-Milan
-Inter
-Bayer Leverkusen
-RB Leipzig
-Eintracht Frankfurt
-Sevilla
-Real Sociedad
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu günün valyuta məzənnələri
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













