Pərviz Şahbazov: "Aİ ilə Azərbaycan arasında qaz hasilatında əməkdaşlığı genişləndirmək lazımdır"
Aİ ilə Azərbaycan arasında qaz hasilatında əməkdaşlığı genişləndirmək lazımdır.
Far.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"2023-cü ildə Avropa İttifaqi (Aİ) ilə qaz əməkdaşdaşlığına dair sənəd inzalananda əsas niyyət ondan ibarət idi ki, SGC-nin inkişafının birinci fazasına uyğun olaraq, ikinci fazası da inkişaf etdiriləcək. Birinci fazada biz 25 illik müqavilərə, maliyyə dəstəyi və ciddi zəmanət əldə etmişdik", - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Aİ ilə SGC-nin ikinci fazası ilə bağlı razılıq əldə edəndə qarşı tərəf bu zəmanətlərin olmayacağını bəyan etməyib: "Biz ümid edirdik ki, biz eyni şəkildə bu əməkdaşlığı davam etdirəcəyik. Amma Aİ-nın bu istiqamətdə siyasəti dəyişdi. Biz bu layihəyə qarşılıqlı maraq doğuran layihə statusu belə ala bilmədik. Avropa maliyyə qurumları bu layihələrin maliyyələşdirilməsinə razılıq vermədilər. SGC-nin iki fazasının həyata keçirilməsi üçün uzunmüddətli müqavilələr, zəmanətlər olmalıdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Prezidentin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslar keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
ABŞ-də DÇ-2026 zamanı 600-dən çox dron tutulub
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir













