Uşaqların birinci sinfə qəbulu başlayır
Far.Az xəbər saytı

Uşaqların birinci sinfə qəbulu başlayır


Uşaqların birinci sinfə qəbulu prosesi başlayır.

Far.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, mayın 1-dən etibarən 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Oxşar xəbərlər

Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu yerləşdirilib
Bu günə qədər I sinfə 127 mindən çox uşaq qəbul edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gündən Azərbaycanda yeni dərs ili başlayır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər