Qurban Qurbanovun adı dünyanın ən güclü məşqçiləri siyahısında
Far.Az xəbər saytı

Qurban Qurbanovun adı dünyanın ən güclü məşqçiləri siyahısında




Dünyanın ən güclü məşqçiləri siyahısında planetin 500 mütəxəssisi yer alıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı baş məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın çalışdırıcısı 1675 xala malikdir. O, dünyada 133-cüdür.

Avrokubokların cari mövsümünün arxada qalan hissəsi Qurban Qurbanova iki xal qazandırıb. Lakin bu qazanc mövqe dəyişikliyi üçün yetərli olmayıb.

"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. Altı xal itirən mütəxəssis üç pillə geriləyib.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 185-cidir. Xalları dəyişməz qalan portuqaliyalı bir addım geriləyib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 422-ci yerə yüksəlib. Bir addım irəliləyən ukraynalı hesabına bir xal əlavə edib - 1482.

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2243 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

BAKU.WS

Oxşar xəbərlər

"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib
Dünyanın ən güclü futbol liqalarının reytinqi açıqlanıb, Azərbaycan irəliləyib
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
"Turan Tovuz" "Qarabağ"ı məğlub edib
Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər