Cəbrayılda smart televizorlar istehsal ediləcək
Far.Az xəbər saytı

Cəbrayılda smart televizorlar istehsal ediləcək


Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında smart televizorlar istehsal ediləcək.

BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, "Taube Electronics" MMC-yə Sənaye Parkının rezidenti statusu verilib. Rezident parka 3,5 milyon manat investisiya yatıracaq. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19 500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır.

Qeyd edək ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək Parkda görülmüş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb
İZİA rəsmisi: “Araz Vadisi İqtisadi Zonası”nda təməli qoyulan müəssisələr gələn il fəaliyyətə başlayacaq”
Türkiyə şirkəti Ağdam Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər