Xaricdə yaşayan bloqer İmaməddin Əlimanov istintaqa dəvət edilib
Baş Prokurorluq xaricdə yaşayan bloqer İmaməddin Əlimanovu istintaqa dəvət edib.
Far.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib.
Məlumatda bildirilib ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs İmaməddin İntiqam oğlu Əlimanova barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs, 06.10.1985-ci il təvəllüdlü İmaməddin İntiqam oğlu Əlimanov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
İmaməddin Əlimanov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 05 may 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
İmaməddin Əlimanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 27 may 2021-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu ilin aprel ayından başlayaraq, 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda "YouTube"" sosial media hesabında "Xalq TV" adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən "Osmanqızı TV" və "İnqilab TV" kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Oxşar xəbərlər
Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Bloqerlər Orxan Ağayev və Süleyman Süleymanlı Baş Prokurorluğa çağırıldılar
"Akkord"un keçmiş sahibi tanışının 10 milyon dollarını ələ keçirib - Bakıya qayıtması üçün vaxt verildi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb













