Növbəti iki gündə Azərbaycanda isti hava şəraiti gözlənilir: Yanğın təhlükəsi var
Far.Az xəbər saytı

Növbəti iki gündə Azərbaycanda isti hava şəraiti gözlənilir: Yanğın təhlükəsi var




 
BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalının artdığını bildirib.
 
N.Mahmudov xidmət tərəfindən ölkə ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb:
 
"Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Şəkidə yüksək, Quba-Xaçmaz bölgəsində Quba, Qusarda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Yardımlı, Astarada yüksək, Naxçıvan MR-də Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib".
 
Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.
BAKU.WS

Oxşar xəbərlər

Növbəti iki gündə bəzi bölgələrdə isti hava şəraiti gözlənilir
Hidrometeorologiya Xidməti: Bəzi bölgələrdə isti havanın hökm sürəcəyi gözlənilir
İsti günlərdə yanğına həssas ərazilər açıqlanıb
Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər