Qarabağ Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb
Qarabağ Universitetində "Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda xarici ölkələrin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər.
Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Rektor vurğulayıb ki, Qarabağ Universiteti tibb təhsilinin inkişafı istiqamətində öz missiyasını yerinə yetirməyə davam edəcək. Ş.Bayramov, həmçinin, Qarabağ Universitetinin tədris prosesində əldə etdiyi uğurları və gələcəkdəki məqsədləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq qeyd edib ki, konfransın əsas hədəfi "Tibb və tibb bacısı" proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirməkdir. Direktor sessiyalar zamanı tibb təhsili sahəsində geniş tətbiq olunan Kernin 6 mərhələli yanaşmasından istifadə ediləcəyini də iştirakçıların diqqətinə çatdırıb. S.Babayev konfransın metodologiyasının həm beynəlxalq standartlara uyğun, həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarının formalaşmasına töhfə verəcəyini bildirib.
Konfrans müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup işləri və təqdimatlar əsasında davam edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













